Avropa
Liqasının II təsnifat mərhələsində mübarizə paran “Xəzər Lənkəran” bu gün Polşada
cavab qarşılaşmasına çıxır. Poznanın “Lex” komandası ilə qarşılaşan Yunis
Hüseynovun yetirmələri ilk oyunda 1:1 hesablı heç-heçə ilə kifayətlənməli
olmuşdular.
Cavab
qarşılaşmasına komandalar aşağıdakı heyətlərdə çıxıblar:
Poznan
şəhər Bələdiyyə stadionu
Baş hakim: Stanislav Todorov (Bolqarıstan)
“Lex”
(Poznan ş., Polşa) “Xəzər
Lənkəran” (Lənkəran ş., Azərbaycan)
1. Yasmin Buriç 1. Kamran Ağayev
5. Manuel Arboleda 5.
Elnur Allahverdiyev
6. Lukaş Tralka 6. Robert Alviz
14. Vojo Ubiparip 7.
Sadio Tounkara
16. Rafal Muravski (k) 8. Eder Bonfim
18. Bartoş Sluşarski 9.
Branimir Subaşiç
20. Hubert Volakieviç 14.
Rahid Əmirquliyev (k)
24. Aleksander Tonev 15.
Ruslan Abışov
25. Luis Henrike 16.
Adrian Pit
32. Mateuş Mojdjen 21.
Radomir Todorov
35. Marşin Kaminski 27.
Manuel Skarlatake
Ehtiyat
oyunçular: Ehtiyat
oyunçular:
27. Kristof Kotorovski 85.
Kamal Bayramov
3. İvan Djurdeviç 4.
Akif Tağıyev
4. Tomaş Kedziora 10.
Elnur Abdullayev
7. Yakub Vilk 11.
Rendall Brenes
8. Yaçek Kilb 18.
Alim Qurbanov
11. Gerqo Lovrençiks 42.
Kamran Abdullazadə
28. Bartoş Bereşinski 81.
Rikardo Qomeş
Baş məşqçi:
Mariuş Rumak Baş məşqçi: Yunis
Hüseynov Oyun başladı
`6
Oyunda ilk təhlükəli vəziyyət “Lex”in qapısı ağzında yaranır. Adrian Pitin künc
zərbəsindən ötürdüyü topu komanda yoldaşı başı ilə Subaşiçə ötürdü. Sonuncunun
akrobatik tullanışla vurduğu zərbə qapıdan aralı keçdi.
`9
Sadio Tounkara sağ cinahla irəliləyərək uzaq məsafədən qapıçının sayıqlığını
yoxlamaq istədi. Lakin zərbəsi qapıdan aralı keçdi.
`10
Adrian Pitin zərbəsi təhlükəli alınır. Rəqibi əks-hücumda yaxalayan “Xəzər Lənkəran”da
kapitan Rahid Əmirquliyev mərkəzlə irəliləyərək topu sol cinahdakı Adrian Pitə
ötürdü. Sonuncunun təhlükəli zərbəsini qapıçı qapı tirinin altından çıxardı. Oyun boyu yerli azarkeşlərin komandaları möhtəşəm dəstəklədiklərini qeyd etmək lazımdır.
`15 “Lex”
hesabı açır. Küncə zərbəsindən sonra ötürülən topu Aleksandar Tonev cərimə
meydançası xaricindən vurduğu dəqiq zərbə ilə “Xəzər Lənkəran”ın qapısından
keçirir – 1:0.
`20
Bu dəfə də Adrian Pit qapını uzaq məsafədən yoxlasa da, qapıçı yumruqları ilə
topu uzaqlaşdıra bildi. `28 Eder Bonfim cinah keçidindən sonra topu boşda dayanmış Alvizə ötürsə də sonuncunun zərbəsi qapının üstündən keçdi.
`29 "Lex" hesab arasındakı fərqi artıra bilərdi. Künc zərbəsindən ötürülən topu Sluşarski başla komanda yoldaşına göndərsə də, Muravski son anda dəqiq zərbə vura bilmədi.`32 "Xəzər Lənkəran"ın məzmunlu əks-hücumunda Adrian Pit - Rahid Əmirquliyev paslaşması Robert Alvizin zərbə mövqeyinə çıxardı, lakin Alviz bu dəfə də hədəfdən yayındı. `35 Mojdjenin uzaq məsafədən qüvvətli zərbəsi qapının üstündən keçdi. `40 Robert Alvizin uzaq məsafədən növbəti zərbəsi qapının üstündən keçdi `43 Rahid Əmirquliyev sarı vərəqə ilə cəzalandırılır `45+1 İlk hissə başa çatdı
İkinci hissə başladı `47 İkinci hissənin ilk hücumu "Lex"dən gəldi. sol cinahdan hücuma keçən Tonev cərimə meydançasına daxil olan Luis Enrikeye ötürmə verdi. Sonuncunun qapıya dəqiq zərbə endirməsinə isə Manuel skarlatake imkan vermədi. `49 Robert Alviz mərkəzdən topla irəliləyərək cərimə meydançası həndəvərindən qapıya doğru zərbə vurmaq istəsə də. hədəfdən yayındı. `54 "Xəzər Lənkəran"ın hücumunu Ruslan Abışov uzaq məsafədən zərbə ilə tamamlasa da, qapıçı bu zərbəni asanlıqla tuta bildi. `55 Manuel Arboledaya sarı vərəqə göstərilir. `60 Bu dəfə Kamran Ağayev ustalığını göstərir. Tonevin uzaq məsafədən qüvvətli zərbəsini gözəl sıçrayışla dəf edən Ağayev hesab arasındakı fərqin artmasına mane olur. `62 Ubiparipin yaxın məsafədən təhlükəli zərbəsi qapıdan azacıq yan keçdi. `63 Lovreçiks Ubiparipin əvəzinə meydana daxil olur. `64 Rendal Brenes sadio Tounkaranı əvəzləyir `68 "Lex"in təhlükəli əks-hücumu: meydana yenicə daxil olmuş Lovrençiks sağ cinahdan topu qapıçı meydançasına ötürsə də. komanda yoldaşı topa çata bilmədi. `71 Eder Bonfim sarı vərəqə ilə cəzalanır. `74 Lukaş Tralkaya sarı vərəqə göstərildi. `76 "Lex" komandasının daha bir əks hücumu: Tonevin cinah ötürməsin Lovrençiks qapıçı meydançası daxilindən zərbə ilə tamamlasa da hədəfdən yayındı. 77` Elnur Abdullayev sarı vərəqə ilə cəzalanır. `79 Bravo Kamran!!! Lovrençiksin bir neçə metrlik məsafədən vurduğu zərbəni dəf edən Kamran Ağayev hesabın artmasına mane oldu. `80 Rikardo Qomeş Radomir Todorovu əvəzləyir `84 Yasmin Buriç sarı vərəqə alır `85 "Lex"in qapısı önündə təhlükəli epizod: Brenes cərimə meydançasında qapıya doğru zərbə endirsə də, top müdafiəçiyə dəyib qapı xəttini tərk etdi. `86 Sluşarskini Berejinski əvəz edir `88 Lovrençiksin daha bir təhlükəli zərbəsini Kamran Ağayev dəf edir `90 Rahid Əmirquliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydanı tərk edir. "Xəzər Lənkəran" azlıqdadır `90+2 Tralkanın yerinə meydana Djurdjeviç daxil olur `90+3 Oyun başa çatdı. "Lex" 1-0 "Xəzər Lənkəran"
|