İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının XX turunun “Qarabağ” – “İnter” matçının 86-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XX turunun “Kəpəz” – “Qəbələ” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
Oyunun 38-ci dəqiqəsində “Kəpəz” klubunun 17 №-li futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).
Oyunun 38-ci dəqiqəsində “Qəbələ” klubunun 7 №-li futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
Oyunun I hissəsi bitdikdən sonra “Qəbələ” klubunun rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxs oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 42.4) (maddə 10).
“Qəbələ” klubunun rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 38.5) (maddə 38.8) (maddə 10).
“Qəbələ” klubunun rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulur, klub 16000 manat cərimə olunur (maddə 38.6) (maddə 38.8) (maddə 10).
“Qəbələ” klubunun həkimi Namiq Hüseynov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 4000 manat cərimə olunur (maddə 43.4).
I Divizionun XVII turunun “Şəmkir” – “Zaqatala” matçının 47 və 56-cı dəqiqələrində “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur (maddə 52).
I Divizionun XIV turunun təxirə salınmış oyunu olan “Səbail” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun XIV turunun təxirə salınmış oyunu olan “Energetik” – MOİK matçının 20-ci dəqiqəsində “Energetik” klubunun 5 №-li futbolçusu Tural Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIV turunun təxirə salınmış oyunu olan “Şahdağ” – “Zaqatala” matçının 81-ci dəqiqəsində “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|