“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının XX turunda yubiley qeyd edib. Müdafiəçi ölkə çempionatının yüksək dəstəsində 250-ci matçını keçirib. Bu müddətdə 7 qol vuran futbolçunun yubileyi “Zirə”ylə səfər matçında 0:1 hesablı məğlubiyyətlə nəticələnib.
Debütü 2005/06 mövsümünə təsadüf edən Hüseynov 12 çempionat ərzində cəmi 3 klubun formasını geyinib. İlk komandası olan “Turan”da 82 oyunda 3 qol vuran müdafiəçi “Qəbələ”də 65 matçda 4 dəfə fərqlənib. İndiki klubunda 103 dəfə meydana çıxan kapitan qol hesabını açmayıb.
Qeyd edək ki, Hüseynov Premyer Liqada 250 və daha çox oyun keçirən 53-cü futbolçu olub. Ötən tur onun komanda yoldaşı Fərhad Vəliyev 250-yə çatmışdı.
2005/06
|
Turan (Tovuz)
|
7
|
0
|
2006/07
|
Turan (Tovuz)
|
6
|
0
|
2007/08
|
Turan (Tovuz)
|
25
|
1
|
2008/09
|
Turan (Tovuz)
|
13
|
0
|
2008/09
|
Qəbələ
|
10
|
0
|
2009/10
|
Qəbələ
|
27
|
3
|
2010/11
|
Turan (Tovuz)
|
31
|
2
|
2011/12
|
Qəbələ
|
21
|
1
|
2012/13
|
Qəbələ
|
7
|
0
|
2013/14
|
Sumqayıt
|
22
|
0
|
2014/15
|
Sumqayıt
|
29
|
0
|
2015/16
|
Sumqayıt
|
33
|
0
|
2016/17
|
Sumqayıt
|
19
|
0
|
Cəmi
|
|
250
|
7
|
|