İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
I Divizionun XVII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 86-cı dəqiqəsində “Ağsu” klubunun 12 №-li futbolçusu Şamo Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XVII turunun “Energetik” – “Turan Tovuz” matçının 45+1-ci dəqiqəsində “Energetik” klubunun 17 №-li futbolçusu Etibar Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|