Avropa
Liqasının II təsnifat mərhələsinin “Lex” – “Xəzər Lənkəran” oyunundan öncə KİV
nümayəndələri üçün mətbuat konfransı təşkil olundu.
Mariuş
Rumak. “Lex” klubunun baş məşqçisi: “Rəqibimizin oyundan nə gözləməsi bizi
maraqlandırmır. Hər kəsin öz fikri var, bu, normaldır. Oyun başlayandan
üstünlüyü ələ almağa çalışacağıq. İlk oyun da göstərdi ki, “Lex” daha yaxşı
oynayır, topla daha yaxşı davranır. Lakin standard rəqibin standart vəziyyətlərdən
yaxşı istifadə etdiyini də
unutmamalıyıq. Səfər oyunundakı qolu da standartdan buraxdıq. Daha yaxşı
olduğumuzu cavab qarşılaşmasında göstərməliyik”.
Rafal
Muravski, “Lex” klubunun futbolçusu: “4 il öncəki oyun düşünüldüyü kimi asan
olmamışdı. Oyunun böyük hissəsi 1-1 hesabı ilə keçdi, lakin yekunda qələbə
qazandıq. Bu nəticəni sabahkı oyunda da təkrar etmək istərdik, amma bu dəfə elə
asan olmayacaq. Oyunun əvvəlində istədiyimiz qolu vura bilsək qalib gələcəyik”.
Yunis
Hüseynov. “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Komandamız daha öncə də “Lex”lə
qarşılaşıb, təəssüf ki, o zaman uğurlu nəticə əldə etməmişik. Sabahkı oyuna
yaxşı hazırlaşmışıq, nəhayət ki, “Lex”ə qalib gəlib, sindromu qırmağa
çalışacağıq. İlk oyundan sonra rəqibi daha yaxşı tanıyırıq və ötən həftə ərzində
bu bilikləri komandanın xeyrinə istifadə etmişik. “Lex”in heyətində hər hansı
bir futbolçunu fərqləndirmək istəməzdim, ümumilikdə yaxşı komandadır. İlk
oyunda doğma meydanda heç-heçə etdik, bu, rəqibə müəyyən üstünlük verir. Lakin
artıq bu cür halla qarşılaşmışıq. Ötən mərhələdə ilk oyunda heç-heçə edib səfərdə
qalib gələ bildik. Bu mərhələdə də eyni uğuru qazanacağımıza inanıram. Sabahkı
oyun zamanı Poznanda havanın isti olacağı bizim üçün əlverişli ola bilər. Belə
ki, ilk oyunda yağan yağış “Lex”ə sərf etmişdi ”.
|