2012/2013 mövsümü üçün hazırlığını Türkiyənin Nevşehir bölgəsində davam etdirən "Sumqayıt" ilk yoxlama oyununu keçirib. Türkiyənin 1-ci liqasında çıxış edən "Kayseri Erciyesspor"la qarşılaşma rəqib komandanın bazasında baş tutub. "Sumqayıt" klubdan verilən məlumata görə, oyunda ilk qolu "Kayseri Erciyesspor" vurub. Qarşılaşmanın 16-cı dəqiqəsində Ceyhun Sultanovun ötürməsindən sonra Pərdis Fərcad-Azad başla hesabı bərabərləşdirib.
İkinci hissəyə də sürətli başlayan "Sumqayıt" hesabda irəli çıxıb. Ceyhun Sultanovun ötürməsini Uğur Pamuk qapıdan keçirdib. Qarşılaşmada saatın tamamında "Kayseri Erciyesspor" daha bir dəfə fərqlənərək oyunun hesabını müəyyənləşdirib - 2:2.
|