![](uploads/56084tpl1.jpg) AFFA Peşəkar Futbol Liqasına müraciət edərək, 07 mart – 09 mart 2017-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində milli komandanın toplanış eləcə də Azərbaycan və Qətər milli komandalarının yoldaşlıq oyunu keçiriləcəyi səbəbindən Topaz Premyer Liqasının XXII turunda dəyişiklik edilməsini xahiş edib. Milli komanda amilini nəzərə alan PFL aşağıdakı qərarı qəbul edir. Topaz Premyer Liqasının XXII turunun “Kəpəz” – “Zirə” və “İnter” – “Sumqayıt” matçları 11 mart tarixindən 13 mart tarixinə, “Qarabağ” – AZAL və “Neftçi” – “Qəbələ” matçları 12 mart tarixindən 14 mart tarixinə keçirilib.
|