"Simurq" yeni mövsümə hazırlıq çərçivəsində Avstriyada növbəti yoxlama görüşünə çıxıb. Türkiyə Super Liqasına yeni vəsiqə qazanmış "Akhisar Bələdiyəspor"la qarşılaşan Zaqatala təmsilçisi, meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib. "Simurq"un qolunu matçın 85-ci dəqiqəsində Aleksandr Şimonayev vurub.
Qeyd edək ki, "Simurq"un prezidenti Anar Bəkirov və vitse-prezidenti Aydın Rizayevdə matçı izləyənlər arasında olub. “Simurq” növbəti yoxlama görüşünü iyulun 27-də keçirdəcək.
|