Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarına yekun vurulub.
Təmsilçimiz "Neftçi" səfərdə Gürcüstan çempionu "Zestafoni"nin qonağı olub. İlk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən "Neftçi" səfər qarşılaşmasında 3 dəqiqə içində qapısından 2 qol buraxsa da, əzmkar oyunu sayəsində hesabı bərabərləşdirə bilib - 2:2. Artıq "Neftçi"nin III təsnifat mərhələsindəki rəqibi də müəyyənləşib. Belə ki, bu gün öz meydanında Slovakiyanın "Jilina" komandasına 2:0 hesabı ilə qalib gələn İsralin "Hapoel" klubu növbəti mərhələyə yüksəlib. Beləliklə Çempionlar Liqasının III təsnifat mərhələsində "Neftçi" "Hapoel" ilə qarşılaşacaq. "Zestafoni" (Gürcüstan) 2:2 "Neftçi" (Azərbaycan) (ilk oyun - 0:3) David Muciri, 15 (1:0), Jaba Dvali, 19 (2:0) // Julius Vobay, 21 (2:1), Rəşad Sadiqov, 52-pen.
"Hapoel" (İsrail) 2:0 "Jilina" (Slovakiya) (ilk oyun - 0:1) Abed, 70 (1:0), Abihazira, 77 (2:0)
|