Növbəti mövsümə hazırlığını Türkiyədə davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb. Ağdam təmsilçisinin bu dəfəki rəqibi Türkiyənin 1-ci liqasında çıxış edən “Göztepe” klubu olub. "Qarabağ"dan verilən məlumata görə, Miro Varvodiç, Vaqif Cavadov və Hacı Əhmədov zədəli olduqlarından bu oyunda meydana çıxa bilməyiblər. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Xatırladaq ki, buna qədər “Qarabağ” Türkiyədəki hazırlıq prosesi çərçivəsində İranın “Zobahan” (1:0), “Traktorsazi” (1:0), Türkiyənin “Tavşanlı Linyitspor” (1:0) və Bakı təmsilçisi AZAL (0:4) ilə yoxlama oyununa çıxmışdı.
|