Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Lex" klubu ilə qarşılaşacaq "Xəzər Lənkəran" artıq Polşanın Poznan şəhərindədir. Çərşənbə axşamı səhər saatlarında Bakıdan birbaşa təyyarə reysi ilə Poznana gələn Avroliqa təmsilçimiz "IBB Andersia" mehmanxanasında məskunlaşıb. Komanda Poznandakı ilk məşqini bu gün axşam saatlarında keçirəcək. Qeyd edək ki, yerli KİV nümayəndələri Poznan hava limanında "Xəzər Lənkəran"a böyük maraq göstərib.
|