2012/2013 mövsümü üçün hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün qonşu ölkədə ilk yoxlama görüşünə çıxacaq. Rəqib isə Türkiyənin 1-ci liqasındada mübarizə aparan "Kayseri Erciyesspor" olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt"ın Türkiyədə daha iki yoxlama oyunu keçirəcəyi planlaşdırılır. İyulun 26-da "Kayserispor"la üz-üzə gələcək Bernhard Raabın komandası iyulun 28-də "1461 Trabzon" klubunu sınağa çəkəcək.
|