UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Gürcüstanın Zestafoni şəhərindəki David Abaşidze adına stadionda "Zestafoni" - "Neftçi" oyunu keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Oyunu Artyom Kuçinin baş hakimliyi ilə qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş oyunda "Neftçi" 3:0 hesablı qələbə qazanmışdı.
|