Hazırlıqlarını Türkiyədə davam etdirən "Rəvan" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Paytaxt təmsilçisinin rəqibi Türkiyəni Avropa Liqasında təmsil edən "Eskişehirspor" klubu olub. Türkiyə Superliqasında çıxış edən "Eskişehirspor"a 4:0 hesabıya məğlub olan "Rəvan" qardaş ölkədə ilk yenilgisini alıb.
Xatırladaq ki, "Rəvan" ilk yoxlama qarşılaşmasında Səudiyyə Ərəbistanının "Najran" klubuna 2:1 hesabı ilə qalib gəlmişdi. Türkiyənin "Karabükspor" və "Göztepe" klubları ilə görüşlərdə isə qolsuz bərabərlik qeydə alınmışdı.
"Rəvan" növbəti yoxlama oyununa isə iyulun 25-də "Bucaspor"a qarşı çıxacaq.
|