Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 137 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Ötən 137 ildə müxtəlif çətin sınaqlardan keçən Azərbaycan mətbuatı daima inkişaf yolunu tutub. 1998-ci ilin avqustunda Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Bu gün peşə bayramını qeyd edən bütün mətbuat işçilərini Peşəkar Futbol Liqası kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
|