Bu gün Avropa Liqası və Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Neftçi" və Avropa Liqasında çıxış edən "Xəzər Lənkəran" ilə "İnter"in növbəti mərhələdəki rəqiblərinin kimliyinə aydınlıq gəlib.
Gürcüstanın "Zestafoni" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə "Neftçi" növbəti mərhələdə "Jilina" (Slovakiya) / "İrona Kiryat" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasında çıxış edən "Xəzər Lənkəran" və "İnter"in rəqibləri isə aşağıkakı komandalardır: "İnter" (AZƏRBAYCAN) / "Asteras" (Yunanıstan) - “Maritimo” (Portuqaliya) “Xəzər Lənkəran” (AZƏRBAYCAN) / “Lex” (Polşa) - AİK (İsveç) / "Hafnarfyordur" (İslandiya)
|