![](uploads/6276471807pfl.jpg) “Sumqayıt”, “Zirə”, “Neftçi” və AZAL klubları Peşəkar Futbol Liqasına müraciət ediblər. Adları qeyd olunan klublar Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları ilə Topaz Premyer Liqasının XIV turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətirərək, “Sumqayıt” – “Zirə” və “Neftçi” – AZAL görüşlərinin bir gün sonraya keçirilməsini xahiş ediblər. Bütün bunları nəzərə alan PFL XIV turun “Sumqayıt” – “Zirə”, “Neftçi” – AZAL görüşünün 17 dekabrda oynanılmasına razılıq verib. Beləliklə, XIV turun bütün görüşləri eyni gündə, yəni 17 dekabrda reallaşacaq.
|