![](uploads/4486944869azkubokyeni.jpg) Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk qarşılaşmaları keçiriləcək. Bir gün ərzində 4 matç baş tutacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı əvvəlki oyunlarının balansını təqdim edir. Bu 4 cütdən yalnız ikisi əvvəllər də qarşılaşıb.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
13 dekabr (çərşənbə axşamı)
“Zirə” – “Neftçi” – indiyədək görüşməyiblər
“Qarabağ” – “Sumqayıt” – 3 oyun, +3=0-0, top fərqi 9-1
İndiyədək iki dəfə yolları kəsişən komandalar bu duellər çərçivəsində 3 dəfə üz-üzə gəlib. Bütün oyunlarda qalib gələn “Qarabağ” rəqibini mübarizədən kənarlaşdırıb. Ağdmlılar ev matçlarında qol da buraxmayıb.
2011/12
|
1/8 final
|
Qarabağ (Ağdam) - Sumqayıt Şəhər
|
3:0
|
2015/16
|
1/4 final
|
Qarabağ (Ağdam) - Sumqayıt
|
2:0, 4:1
|
“İnter” - “Kəpəz” - indiyədək görüşməyiblər
“Qəbələ” – AZAL – 4 oyun, +2=1-1, top fərqi 3-3
Rəqiblərin əvvəlki iki duelində 4 qarşılaşma baş tutub. İlk oyunun meydan sahibi olan tərəf sonda mərhələ adlayıb. Hər komandanın 1 dəfə mərhələ keçdiyi cütlərdə belə tendensiya var ki, ilk oyunda 2 qol vurulur, cavab matçında qəbələlilər 1:0 hesabı ilə qələbə qazanır.
2008/09
|
1/4 final
|
Qəbələ - Olimpik (Bakı)
|
1:1, 1:0
|
2009/10
|
1/8 final
|
Olimpik-Şüvəlan (Bakı) - Qəbələ
|
2:0, 0:1
|
|