Azərbaycan UEFA reytinqində irəlilədi 2012-07-20 |
|
UEFA-nın 2008-13-cü illəri əhatə
edən klublara görə ölkələrin reytinq siyahısında dəyişikliklər edilib. www.pfl.az – ın yaydığı məlumata görə, 2012/13
mövsümünün Avropa Liqasının II təsnifat mərhələsinin baş tutan oyunlarından sonra UEFA ölkələrin xal siyahısında edilən dəyişiklikləri açıqlayıb.
Ötən gün “Xəzər Lənkəran” və “İnter”in doğma azarkeşləri
önündə heç-heçə etməsindən sonra Azərbaycanın hesabına növbəti 0,250 xal əlavə
edib. Hər klubumuzun heç-heçəsinə görə Azərbaycanın aktivinə
0,125 xal yazılıb. Bununla da cari mövsüm yığılan xallarımızın sayı 1,500-yə
çatıb. Bunun ən böyük hissəsi – 0,625-i “İnter”in payına düşür. “Xəzər Lənkəran”
0,500, “Neftçi” 0,250, “Bakı” isə 0,125 xal qazana bilib.
Hazırda Azərbaycan sıralamada bir pillə irəliləyərək Moldova ilə birlikdə 34-cü
yerdə qərarlaşıb. Hesabında 7.041 xalı olan Azərbaycan 33-cü pillədəki Bosniya
və Herseqovinadan cəmi 0.292 xal geridə
qalır.
|
|
|
|
|
|