![](uploads/87258elnur ab.jpg) Topaz Premyer Liqasının XII turu “İnter”in futbolçusu Elnur Abdullayev üçün yubileylə əlamətdar olub. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Yarışda ilk matçını 2001/02 mövsümündə keçirən Abdullayev bu müddətdə 18 qol vurmağı bacarıb. AZAL-la ev oyunundakı (3:0) yubileyi “İnter”in heyətində qeyd edən futbolçu bu klubadək “Turan”, “Bakı” (həm “Dinamo”, həm də “Bakı” adlandığı vaxt), “Neftçi”, AZAL (“Olimpik” adlandığı vaxt), “Muğan”, “Xəzər Lənkəran”, “Simurq”da da çıxış edib.
300-ə 8-ci klubunda çatan yarımmüdafiəçi ölkə çempionatları tarixində ən azı bu qədər matç keçirən 16-cı futbolçu olub. Elnuradək yalnız 15 oyunçu “300”ü arxada qoyub.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2001/02
|
Turan (Tovuz)
|
1
|
0
|
2003/04
|
Dinamo (Bakı)
|
5
|
1
|
2003/04
|
Neftçi (Bakı)
|
2
|
0
|
2004/05
|
Bakı
|
20
|
1
|
2005/06
|
Olimpik (Bakı)
|
12
|
0
|
2005/06
|
Bakı
|
4
|
0
|
2006/07
|
Bakı
|
21
|
0
|
2007/08
|
Bakı
|
19
|
1
|
2008/09
|
Muğan (Salyan)
|
12
|
1
|
2009/10
|
Muğan (Salyan)
|
30
|
1
|
2010/11
|
Muğan (Salyan)
|
18
|
0
|
2010/11
|
Xəzər Lənkəran
|
11
|
2
|
2011/12
|
Xəzər Lənkəran
|
28
|
1
|
2012/13
|
Xəzər Lənkəran
|
26
|
2
|
2013/14
|
Xəzər Lənkəran
|
34
|
4
|
2014/15
|
Xəzər Lənkəran
|
14
|
1
|
2014/15
|
Simurq (Zaqatala)
|
13
|
1
|
2015/16
|
İnter (Bakı)
|
22
|
2
|
2016/17
|
İnter (Bakı)
|
8
|
0
|
|
Cəmi
|
300
|
18
|
|