![](uploads/98045agayev.jpg) Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa növbəti təyinat alıb. Gənc FİFA referimiz Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Şalke” (Almaniya) – “Nitsa” (Fransa) oyununu idarə edəcək. Əliyar Ağayevə yan xətt hakimləri kimi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Görüşdə 4-cü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər qismində təmsil olunacaqlar. Qeyd edək ki, Əliyar Ağayevin idarə edəcəyi oyun 24 noyabrda "Veltins-Arena"da keçiriləcək.
|