Bu gün UEFA Avropa Liqasında digər təmsilçimiz "İnter" də oyununu keçirib. Yunanıstanın "Asteras Tripoli" klubunu qəbul edib "İnter" 46-cı dəqiqədə Tales Şützün qolu ilə hesabda önə keçib. Lakin yunanlar tezliklə hesabda tarazlıq yaradıb. Bərabərlik qolunu 54-cü dəqiqədə Perone vurub. Bundan sonra hər iki komanda bir neçə qol imkanı yaratsa da, hesab dəyişməyib.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 26-da Yunanıstanda keçiriləcək.
|