Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Lənkəran şəhər stadionunda Polşanın "Lex Poznan" klubunu qəbul edən "Xəzər Lənkəran" qarşılaşmanın 4-cü dəqiqəsində Branimir Subaşiçin qolu ilə hesabı açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. Güclü yağış altında keçən oyunun 19-cu dəqiqəsində "Lex"in yarımmüdafiəçisi Mozdzen hesabı bərabərləşdirib - 1:1. Qarşılaşma elə bu hesabla da başa çatıb. Qeyd edək ki, "Lex"in yarımmüdafiəçisi Şimon Drevnyak oyunun 90-cı dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb.
|