Türkiyədə təlim-məşq toplanışının ikinci mərhələsinə start verən "Qarabağ", eyni zamanda transfer çalışmalarını davam etdirir. Klubdan verilən məlumata görə, düşərgəyə yeni gələn ön xətt oyunçusu Krist Mbondi baxışdan keçirilir. Kamerunlu futbolçu İsveçrənin "Syon" klubundan gəlib. Ölkəsinin gənclər millisinin formasını geyinən Mbondi ötən il gənclər arasında baş tutan dünya çempionatında Kamerunun şərəfini qoruyub. 1992-ci təvəllüdlü futbolçu 180 santimetr boya malikdir. Mbondi haqqında yaxın günlərdə qərar veriləcək.
|