2012-2013-cü il mövsümünə hazırlıq çərçivəsində Avstriyada təlim-məşq toplanışında olan "Simurq" "Bişofsxofen" stadionunda "Əl-Əhli" klubu ilə yoldaşlıq görüşü keçirib. Zaqatala təmsilçisi oyuna yaxşı başlasa da, sona qədər üstülüyünü qoruya bilməyib və 1:3 hesabı ilə məğlub olub. "Simurq"un yeganə qolunu qarşılaşmanın 2-ci dəqiqəsində hazırda baxışda olan bolqar hücumçu Miroslav Antonov vurub.
Qeyd edək ki, "Simurq"un Avstriyadakı növbəti rəqibləri iyunun 20-də "Dinamo Drezden", 24-də "Lokomotiv Plovdiv" və 27-də "Kayserispor" olacaq.
|