![](uploads/23389qarabagyeni.jpg) Azərbaycan klubları “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsində növbəti oyunlarını keçirdilər. “Qəbələ” “Bakcell Arena”da Fransanın “Sent Etyen” klubu ilə üz-üzə gəldi. Oyunda hesabı “Qəbələ” açsa da, bu üstünlüyünü sona qədər saxlaya bilmədi. 2 qol vuran Fransa klubu Azərbaycanı 3 xalla tərk etdi. “Qarabağ” isə bir neçə gün öncə Bakıda üstələdiyi Yunanıstan PAOK-una yenə şans vermədi. Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 1-0 hesabı ilə qələbə qazanbıb, xal ehtiyatını yeddiyə yüksəltdi.
|