Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Ölkəmizi qitənin ali klub yarışında təmsil edən "Neftçi" Gürcüstanın "Zestafoni" klubunu qəbul edib. Dalğa Arenada baş tutan qarşılaşmada Azərbaycan çempionunun oyun boyu davam edən üstünlüyü nəticəyə də sirayət edib. 3:0 hesablı qələbə qazanan "Neftçi"nin qollarını 22-ci dəqiqədə Cavid İmamverdiyev, 24-cü dəqiqədə Julius Vobay və 63-cü dəqiqədə Kanales vurub. Avrokuboklarda 11-ci qələbəsini qazanan "Neftçi" cavab qarşılaşması öncəsi böyük üstünlük əldə edib.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 24-də Gürcüstanda keçiriləcək.
|