![](uploads/15478muki.jpg) Topaz Premyer Liqasının AZAL-la oyununda komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi olan Muarem Muarem “Qarabağ”ın heyətində 30-cu dəfə rəqib qapısına yol tapıb. O, yubiley qolunu Ağdam təmsilçisindəki 159-cu matçında vurub. Muarem çempionatdakı 118 qarşılaşmada 22, 19 kubok matçında 4, avrokuboklardakı 22 görüşdə 4 dəfə fərqlənib. İlk qolunu 2012-ci il aprelin 22-də “Bakı” ilə çempionatdakı ev oyununda (2:4) vuran yarımmüdafiəçi komandasının öz meydanındakı matçlarda 14, səfərdə 15 dəfə rəqib qapısına yol tapıb. Daha bir qolu neytral meydanda vuran makedoniyalı 3 dubl müəllifidir. Səfərdə qeydə alınan dubllardan ikisi çempionat, biri kuboka təsadüf edib.
mövsüm
|
Premyer Liqa
|
kubok
|
Avrokubok
|
2011/12
|
1
|
1
|
-
|
2012/13
|
5
|
-
|
-
|
2013/14
|
4
|
-
|
-
|
2014/15
|
7
|
1
|
2
|
2015/16
|
3
|
2
|
-
|
2016/17
|
2
|
-
|
2
|
Cəmi
|
22
|
4
|
4
|
|