2012/2013-cü il mövsümü Azərbaycan Premyer Liqası, I Divizion və Azərbaycan kuboku üçün KİV nümayəndələrinin qeydiyyatı başlamışdır. Qeydiyyatdan keçmək istəyən KİV nümayəndələri iyulun 25-dək ad, soyad, təmsil etdikləri KİV-in adını, vəzifəsini və 1 ədəd şəklini [email protected] ünvanına göndərə bilərlər. Qeydiyyatdan keçməyən KİV nümayəndələri PFL-in bayrağı altında keçirilən yarışlarda mətbuat konfranslarına buraxılmayacaqlar.
|