27.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   Ramin Musayev: "PFL-in prezidenti olaraq söz verirəm ki, heç bir haqsızlığa yol verilə bilməz"       2012-07-14
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2012-2013-cü il mövsümünün püşkatma mərasimi keçirilib. Saat 12.00-da AFFA-nın inzibati binasında başlayan mərasimdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev ilə yanaşı klub rəsmiləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev püşkatmanın keçirilmə qaydası haqqında mərasim iştirakçıları məlumatlandırdı: “Bu gün 21-ci Azərbaycan Premyer Liqasının püşkatma mərasiminə yığışmışıq. Bunu futbol bayramı kimi də səciyyələndirə bilərik. Bu münasibətlə hər birinizi təbrik edirəm. Püşəkatma qaydalarında heç bir dəyişiklik yoxdur. Çempion komandadan turnir cədvəlinin sonuncusuna doğru hər bir klub nümayəndəsi qutudakı şarlardan birini seçəcək və beləliklə biz ilk turun qarşılaşmalarını müəyyən edəcəyik”.

Daha sonra çıxış edən PFL-in prezidenti Ramin Musayev çempionatın keçirilməsində heç bir dəyişikliyin olmadığını bildirdi: “Bu günkü bayram abu-havası daha yüksək ola bilərdi. Ancaq media işçiləri az gəlib və klub rəhbərlərindən heç kim iştirak etmir. Öz işləridir, özləri bilər. Bizim üçün fərqi yoxdur. Biz borcumuzu yerinə yetiririk. Püşkatma və çempionatın keçirilmə qaydalarında heç bir dəyişiklik yoxdur. Çempionat yenə də eyni formatda keçiriləcək. Bəzi yoldaşları altılıq sistemi qane etməsə də, ancaq məncə, ümumi baxışda altılıq sistemi özünü doğruldub və bu qaydada da davam edəcəyik. Çempionat boyu çalışacağıq ki, haqq-ədalət, düzgünlük olsun, kim güclüdürsə, o da qalib gəlsin. “İkinci altılıq”da olan komandalar “altılıq” sisteminin düzgün olmadığını bildirirlər. Ancaq avrokuboklardakı oyunları da nəzərə alsaq, fikrimcə, “altılıq” sistemi daha yaxşıdır”.

“Bu ilki avrokubok oyunlarından hələki narazılıq yoxdur. Düzdür “Bakı” klubunda müəyyən anlaşılmazlıq oldu. Gözləmirdik ki, “Bakı” məğlub olar. Ancaq bu futboldur və futbolda hər şey ola bilər. Bəzən gözlənilmədən köklü bir komandanı adi bir klub udur. “Bakı”nın mərhələ adlamamasının birinci səbəbkarı bakıda olan oyundakı hakimin qeyri-peşəkar qərarları oldu. Ancaq mən inanıram ki, “Bakı” Premyer Liqada özünü daha yaxşı göstərəcək. Çünki yeni gələn futbolçular hələ komandaya tam alışmayıblar. Bu özünü “Bakı”nın son oyununda da göstərdi. “İnter” də çox gözəl oyun nümayiş etdirdi. Çoxları inanmırdı ki, “Xəzər Lənkəran” növbəti mərhələyə keçəcək. Ancaq mən əmin idim ki, “Xəzər Lənkəran” mərhələ adlayacaq. Çünki komandanın həm transferləri ilə, həm də baş məşqçisi ilə maraqlanırdıq və ən əsası klubun rəhbəri Mübariz müəllimin komanda ilə bir yerdə olması, mənə elə gəlir ki, futbolçulara əlavə bir güc verdi və “Xəzər Lənkəran” qələbə qazandı. İnanıram ki, iyulun 17-də “Neftçi” də öz azarkeşlərini sevindirəcək. Hər üç klubumuza növbəti mərhələlərdə uğurlar arzulayıram və eyni zamanda növbəti çempionatda iştirak edən bütün komandalarımıza da uğurlar arzulayıram. Peşəkar Futbol Liqasının prezidenti olaraq hər birinizin qarşınızda söz verirəm ki, heç bir haqsızlığa yol verilə bilməz. Ötən çempionatda da şahidi oldunuz ki, haqsız olan hakimlər uzaqlaşdırıldı. Peşəkar Futbol Liqasının fəaliyyətdə olduğu dörd ildə Premyer Liqadan uzaqlaşdırılan hakimlərin sayı keçmiş 16 ildə olmamışdır. Bizim istədiyimiz odur ki, heç kəsin haqqı tapdalanmasın. Bundan sonra da çalışacağıq ki, daha da düzgünlük olsun. Sponsorlar qarşısında özünə bəraət qazandırmaq üçün bəzi baş məşqçilər, futbolçular hakimləri günahlandırırlar”.

“Əksər klub rəhbərlərinin razılığı ilə yayım hüququ Peşəkar Futbol Liqasına verildi. Biz də hazırda “İdman Azərbaycan” telekanalı ilə danışıqlar aparırıq. Artıq 90 faiz razılıq əldə olunub. Çalışacağıq ki, əksər maraqlı, lazımlı oyunları televiziya ilə canlı göstərək. Bəzi klub rəhbərləri bizə etiraz edirlər ki, komandalarının oyunlarının yayımlanmasını istəmirlər. Bu düzgün deyil. Azarkeşlərinə hörmətin varsa, ən azından onların xətrinə gərək həmin oyunlar göstərilsin.Oyunlar saytımızda da (www.pfl.az) canlı yayımlanacaq. Bunun üçün lazım olan avadanlıqlarımız alınıb. Çalışacağıq ki, peşəkar və keyfiyyətli yayım təşkil edək ki, televiziya vasitəsilə qarşılaşmaları izləyə bilməyən azarkeşlər bizim saytımız vasitəsilə oyunlara baxa bilsinlər. Bacardığımız qədər futbolumuzun inkişafı üçün çalışırıq”.

““Unibank”la razılığımız var. Hazırda “Unibank” rəhbərliyi Azərbaycandan kənarda olduğu üçün müqaviləmiz imzalanmayıb. Avqustun əvvəlində, çempionat başlamamış müqavilənin imzalanması gözlənilir”.

“Klublar sifariş vərəqələrini təqdim edərkən orada stadionlarını göstərməlidirlər. . Əgər “Qarabağ” əsas stadion kimi Suraxanı qəsəbə stadionunu göstərsə, ehtiyat meydan kimi Quzanlı stadionunu qəbul etməyəcəm.  Çünki sonra narazılıqlar yaranır. “Qarabağ” ya Bakıda, ya da Quzanlıda oynayacaq”.

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 2627 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: