![](uploads/915299152989550ramin musayev eliyar agayev1.jpg) FIFA referimiz Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində daha bir oyunu idarə edəcək. Referimiz “Konyaspor” – “Braqa” oyununa təyinat alıb. Ağayevə kömək edəcək hakimlər briqadası - Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Həşimov, Orxan Məmmədov, Rəhim Həsənov. Əliyar Ağayevin işinə Nikolay Levnikov qiymət verəcək. Qeyd edək ki, Konyadakı oyun oktyabrın 20-də keçiriləcək.
|