Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2012-2013-cü il mövsümünün püşkatma mərasimi keçirilib. Saat 12.00-da AFFA-nın inzibati binasında başlayan mərasimdə PFL-in prezidenti Ramin Musayev ilə yanaşı klub rəsmiləri və KİV nümayəndələri iştirak ediblər. Premyer Liqada ilk turun oyunları 4-5 avqust tarixlərində keçiriləcək. Püşkatmanın nəticəsinə görə birinci turda qarşılaşmalar aşağıdakı kimi qərarlaşıb:
"Neftçi" – "Bakı" "İnter" – "Qarabağ" "Sumqayıt" – AZAL "Simurq" – "Qəbələ" "Rəvan" – "Xəzər Lənkəran" "Kəpəz" – "Turan"
|