![](uploads/8341871807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
I Divizionun VI turunun “Turan-Tovuz” – “Səbail” matçında “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun VI turunun “Şəmkir” – “Bakılı” matçının 89-cu dəqiqəsində “Bakılı” klubunun 17 №-li futbolçusu Vüsal Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun VI turunun “Şərurspor” – “Göyəzən” matçının 25-ci dəqiqəsində “Göyəzən” klubunun 9 №-li futbolçusu Asim Babazadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).
I Divizionun VI turunun “Şahdağ” – “Qaradağ Lökbatan” matçında Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
|