![](uploads/38195azkubokyeni.jpg) Bu həftə Azərbaycan kubokunda 2016-2017-ci illər mövsümünə start veriləcək. Yarışın 1/16 final mərhələsində I divizionun 4 klubu iştirak edəcək. Peşəkar Futbol Liqasının rəsmi internet saytı 1/16 finalda üz-üzə gələcək komandaların ölkə kubokundakı oyunlarının balansını, həmçinin bu 4 komandanın yarışdakı ümum göstəricilərini təqdim edir.
Azərbaycan kuboku
1/16 final
12 oktyabr (çərşənbə)
“Turan Tovuz” - “Bakılı” – indiyədək qarşılaşmayıblar
“Şəmkir” – “Qaradağ Lökbatan” – indiyədək qarşılaşmayıblar
1/16 finalçıların hamısı əvvəllər də ölkə kubokunda iştirak edib. Bu komandalar qarşıdakı görüşdə bəzi yubileylər qeyd edə bilər. “Şəmkir”in 70-ci, “Qaradağ-Lökbatan”in 25-ci qolu vurması mümkündüsə, sonuncuların 10-cu məğlubiyyəti və 40-ci topu buraxması da gerçəkləşə bilər. “Bakılı” və “Şəmkir” üçün heç-heçə sayca 10-cu olacaq.
klub
|
O
|
Q
|
H
|
M
|
T/F
|
X*
|
Şəmkir
|
46
|
21
|
9
|
16
|
69-44
|
72
|
Bakılı
|
40
|
15
|
9
|
20
|
45-72
|
54
|
Qaradağ-Lökbatan
|
16
|
6
|
1
|
9
|
23-38
|
19
|
Turan Tovuz
|
2
|
1
|
0
|
1
|
4-4
|
3
|
*- xallar şərti olaraq hesablanıb.
|