![](uploads/68027divizionson.jpg) Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır. Biz bu dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcəyik. I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçəcək. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Əgər hər iki tərfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək. Səsvermənin nəticəsinə görə 1-ci yeri tutmuş futbolçu Bakı klublarından birinin üzvü olsa belə, ona mükafatı bölgədə keçirilən görüşdən öncə təqdim edəcəyik. Bu addım jurnalistlərin I Divizionda baş tutacaq bölgə oyunlarına səfərini təşkil etmək və yarışların daha da işıqlandırılması baxımından atılıb. Qeyd: Sorğununun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib sentyabr ayında I Divizionda vurulmuş 5 gözəl qolu izləyib, seçiminizi edə bilərsiniz. Sorğu 17 oktyabradək qüvvədə olacaq.
|