Baxışda olan legionerləri geri göndərən "Kəpəz" klubunun Fərid Həşimzadə ilə müqavilə bağlaması gözlənilir. Bu barədə www.pfl.az saytına klubun mətbuat xidmətindən məlumat veriblər. Gəncə klubu 24 yaşlı müdafiəçi Fərid Həşimzadə ilə bir illik müqavilə bağlamağı planlaşdırır. Xatırladaq ki, Fərid Həşimzadə ötən mövsümü “Rəvan” klubunda keçirib.
"Kəpəz" baxışdan keçirmək üçün daha bir legioneri düşərgəsinə dəvət edib. Bu 25 yaşlı türkiyəli qapıçı Gürcan Yücelikdir. Türkiyənin “Fənərbaxça” klubunun yetirməsi olan Gürcan başa çatan mövsümdə 3-cü liqadan 2-ci liqaya yüksələn “Kahramanmaraş” komandasının şərəfini qoruyub.
|