Bu
gün Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Xəzər
Lənkəran” səfərdə Estoniyanın “Nımme Kalyu” klubunun qonağı olacaq. Qarşılaşma Bakı
vaxtı ilə saat 20:45-də başlayacaq. Komandaların heyətləri aşağıdakı kimidir: "Kadriorq" stadionu, Tallin, Estoniya
Baş hakim: Daq-Vidar Xavsos (Norveç)
Oyun başladı İlk 5 dəqiqə ərzində "Xəzər Lənkəran" üstünlüyü ələ almağa çalışır. Rahid Əmirquliyevin uzaq məsafədən zərbəsini ev sahibi komandanın qapıçısı zərərsizləşdirdi. Növbəti epizodda isə Sadio Tounkaranın təhlükəli cinah keçidindən sonra cərimə meydançasına ötürdüyü topa komanda yoldaşları çata bilmədi. 11-ci dəqiqədə Branimir Subaşiç komanda yoldaşının uzun ötürməsindən sonra cərimə meydançasına daxil olsa da zərbəsində dəqiqlik çatışmadı. "Nımme Kalyu"nun "Xəzər Lənkəran"ın qapısına doğru ilk zərbəsi. 19-cu dəqiqədə Yankuba Siseyin zərbəsi qapının xeyli üstündən keçdi. 22-ci dəqiqədə ev sahibi komandanın oyunçusu Xorxe Rodrigez sarı vərəqə cəzalandı. 29-cu dəqiqə: oyun epizodunda zədələnən kapitan Rahid Əmirquliyevə baş hakimin göstərişindən sonra meydançanın kənarında yardım göstərilir. Futbolçunun zədəsi ciddi deyil, Rahid artıq meydanda mübarizəni davam etdirir. 31-ci dəqiqədə: "Xəzər Lənkəran"ın qapısı ağzında təhlükəli vəziyyət yarandı. Sağ cinahla hücum edən "Nımme Kalyu"nun futbolçusunun cərimə meydançası uğurlu alınsa da, müdafiəçilər son anda topu cərimə meydançasından çıxara bildi. 33-cü dəqiqə: Eder Bonfim sağ cinahdan iki müdafiəçinin əhatəsindən çıxaraq topu cərimə meydançasına göndərdi. Bu epizodda Adrian Pitin fərqlənməsinə rəqib müdafiəçi imkan vermədi. 37-ci dəqiqə: Adrian Pit gözəl qurulmuş hücümu cərimə meydançası daxilində güclü zərbə ilə tamamlasa da. "Nımme Kalyu"nun qapıçısı çətinliklə də olsa topu qapı xəttindən çıxara bildi. 40-cı dəqiqə: QOL!!!Ruslan Abışov oyunda hesabı açır 1-0. Adrian Pitin cərimə zərbəsindən topu ötürməsini Ruslan Abışov gözəl baş zərbəsi ilə qapıdan keçirdi. 42- ci dəqiqədə Sadio Tounkara sarı vərəqə ilə cəzalanır. İlk hissə başa çatdı. Komandalar fasiləyə yollanır. İkinci hissə başladı "Xəzər Lənkəran" ikinci hissəyə də aktiv başlayır. 47-ci dəqiqədə Adrian Pit sol cinahdan hücuma qoşularaq topu cərimə meydançasına ötürür. Lakin qapıçı vaxtında təhlükəni uzaqlaşdıra bildi. Bu hücumun ardından "Nımme Kalyu" təhlükəli epizod yaradır. Cərimə zərbəsindən ötürülən topu estonların hücumçusu başla qapıya doğru yönəltsə də, Kamran Ağayev topu qapı tirinin altından çıxarır.
51-ci
dəqiqədə Adrian Pitin cərimə zərbəsindən vurduğu topu qapıçı son anda zərərsizləşdirə
bildi.
“Xəzər
Lənkəran”ın daha bir təhlükəli hücumu: Sadio Tounkara cərimə meydançasına
ötürülən topa hamıdan tez çatsa da. Iti bucaq altında vurduğu zərbə qapı torunu
yandan silkələdi.
53-cü
dəqiqə: Branimir Subaşiç bu dəfə fərqlənməyə yaxın oldu. Onun qüvvətli zərbəsi
qapının azacıq üstündən keçdi.
54-cü
dəqiqədə Branimir Subaşiç bir daha hesabı artırmağa yaxın oldu. İki müdafiəçidən
sıyrılan hücumçunun qapıya zərbəsi dəqiq alınmadı.
57-ci
dəqiqədə: Ruslan Abışov və Kamran Ağayev arasında anlaşmazlıq az qala “Xəzər Lənkəran”ın
qapısına qolla nəticələnəcəkdi. Rəqib futbolçunun vurduğu top son anda dirəyin
yanından meydançanı tərk etdi.
Dəqiqə
59: “Nımme Kalyu”nun oyunçusu Damiano Quinteri sarı vərəqə ilə cəzalanır. Dəqiqə 64: "Xəzər Lənkəran" cərimə zərbəsindən sonra "ev tapşırığı"nı yerinə yetirdi. Radomir Todorovun cinahdan cərimə meydançasına ötürməsində Ruslan Abışova dəqiqlik çatmadı - onun başla vurduğu zərbə qapının azacıq üstündən keçdi. "Xəzər Lənkəran"ın qapısı ağzında təhlükəli vəziyyət yarandı. Lakin künc zərbəsindən sonra Kamran Ağayev çıxışda inamla oynadı. 71-ci dəqiqə: "Nımme Kalyu" təhküləli cərimə zərbəsini yerinə yetirdi. Alo Berenqrubun başla zərbəsi qeyri-dəqiq oldu. 74-cü dəqiqədə Sadio Tounkaranın uzaq məsafədən vurduğu zərbə qapıdan aralı keçdi. 78-ci dəqiqədə "Xəzər Lənkəran" hesab arasındakı fərqi artıra bilərdi. Sadionun cinahdan ötürməsini son anda qapıçı zərərsizləşdirdi. 79-cu dəqiqə: Branimir Subaşiç əks-hücumda komandasının növbəti qolunu vura bilərdi. Lakin zərbəsində dəqiqlik çatışmadı. "Nımme Kalyu" hücumların kəsərini artırır. Lakin "Xəzər Lənkəran"ın müdafiə xətti və Kamran Ağayev etibarlı oynayır. "Nımme Kalyu"nun heyətində əvəzetmə: 80-ci dəqiqədə Eino Purini Yuri Yevdokimov əvəzləyir. Bu dəqiqələrdə stadiona toplaşmış azsaylı "Xəzər Lənkəran" azarkeşləri daha da aktivləşir. 84-cü dəqiqədə Sadio Tounkara Rendal Breneslə əvəzlənir. 85-ci dəqiqə: QOL!!!! Branimir Subaşiç istəyinə çatır! 2-0 . Adrian Pit rəqibin ötürməsini ələ keçirərək topu cərimə meydançasında olan Rendal Brenesə ötürür. Sonuncu zərbəsini qapıçı çıxartsa da, özünü yetirən Branimir Subaşiç topu qapıdan keçirir. 87-ci dəqiqə: "Nımme Kalyu" qol vursa da yan xətt hakimi oyundan kənar vəziyyət qeydə alır. Rikardo Qomeş Branimir Subaşiçi əvəz edir. Oyunun ikinci hissəsinə 3 dəqiqə əlavə edildi. Elnur Abdullayev Adrian Piti əvəz edir. Oyun başa çatdı: "Nımme Kalyu" 0-2 "Xəzər Lənkəran"
“Nımme
Kalyu”
1. Vitali
Teleş
14. Ken Kallaste
77. Tixon Şişov
5. Alo Berenqrub (k)
75. Hidetoşi Vakui
7. Eino Puri
10. Oliver Konsa
6. Xorxe Rodrigez
11. Kaisten Viikma
8. Yankuba Sisey
9. Damiano Quinteri
Ehtiyat oyunçular:
96. Kaido Koppel
23. Hideaki Takeda
15. Yuri Yevdokimov
18. Sergey Teryoxov
16. Tanel Melts
3. Andreas Kuqas
2. Marko Bianki
Baş məşqçi: İqor Prins
“Xəzər
Lənkəran”
1. Kamran
Ağayev
5. Elnur Allahverdiyev
7. Sadio Tounkara
8. Eder Bonfim
9. Branimir Subaşiç
14. Rahid Əmirquliyev
15. Ruslan Abışov
16. Adrian Pit
21. Radomir Todorov
27. Manuel Skarlatake
Ehtiyat
oyunçular:
85.
Kamal Bayramov
4. Akif Tağıyev
10. Elnur Abdullayev
11. Rendal brenes
18. Alim Qurbanov
42. Kamran Abdullazadə
81. Rikardo Qomeş
Baş məşqçi:
Yunis Hüseynov
|