“Qarabağ” klubu Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışını davam etdirir. Klubun rəsmi saytında yer alan məlumata görə, hazırlığı bir məşqlə davam etdirən Qurban Qurbanovun yetirmələrinin çalışması 1 saat 45 dəqiqə davam edib. Yüngül hərəkətlərin ardından toplu çalışmalar yerinə yetirən "Qarabağ" ikili, üçlü qruplar halında çalışıb. Sonda komandanın gənc və təcrübəli futbolçuları arasında ikitərəfli görüş keçirilib. Gənclər hesabda 2 top fərqiylə öndə olsa da, Rəşad Sadıqov son dəqiqələrdə het-trik edərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, İranın “Zob Ahan” klubu ilə oyunda aldığı zədəsini tam sağaltmayan Muarem Muarem məşqdə iştirak etməyib. Ayağında kiçik zədə olan Vüqar Nadirov isə qaçmaqla kifayətlənib.
|