![](uploads/44967pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının V turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının V turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun baş məşqçisi Adil Şükürov oyun sonrası mətbuat konfransına gecikdiyinə görə xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə baş məşqçi ilə bağlı daha ciddi tədbirlər görüləcək (maddə 82.1).
Azərbaycan I divizionunun II turunun “Səbail” – MOİK matçında MOİK klubunun 88 №-li futbolçusu Müşfiq Teymurov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I divizionunun II turunun “Ağsu” – “Mil-Muğan” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
|