"İnter"in yay transfer pəncərəsi zamanı "Sumqayıt" klubunun gənc futbolçusu Ramil Həşimzadə ilə müqavilə bağlaması haqda xəbər vermişdik. Bu barədə klubun rəsmi saytında məlumat yer alıb. "İnter"in hər iki təlim-məşq toplanışında iştirak etmiş Ramil Həşimzadə bu günlərdə yenidən keçmiş klubuna qayıdıb.
Qeyd edək ki, "İnter"in əsas heyətinə düşmək şansı az olan futbolçuyla qarşılığlı razılıq əsasında müqavilə ləğv olunub.
|