![](uploads/90097qarabagyeni.jpg) Avropa Liqasının qrup mərhələsinə start verildi. Qrupdakı təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” ilk oyunlarını keçirdilər. Sonuncu Azərbaycan çempionu “Qarabağ” “Dalğa Arena”da Çexiyanın “Slovan” komandası ilə üz-üzə gəldi. Oyun 2-2 hesabı ilə başa çatdı. Beləliklə, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə 1 xalla başladı. Qrupdakı digər təmsilçimiz “Qəbələ” isə səfərdə Belçikanın “Anderlext” klubu ilə münasibətləri ayırd etdi. Oyun “Qəbələ”nin 1-3 hesablı məğlubiyyəti ilə yekunlaşdı. Peşəkar Futbol Liqasının rəsmi saytı isə “Dalğa Arena”da keçirilən “Qarabağ” – “Slovan” görüşündən fotoları təqdim edir.
|