![](uploads/57641viko1.jpg) Topaz Premyer Liqasının IV turu daha bir futbolçunun 250-ci oyununu keçirməsi ilə əlamətdar olub. II turda Samir Zərgərov, III turda Ruslan Əmircanov buna nail olmuşdusa, bu dəfə Viktor İqbekoyi 250-ni fəth edib. “Zirə”nin futbolçusu “Kəpəz”lə səfər matçında yubileyini qeyd edib. 2006-cı ildən Azərbaycanda çıxış edən nigeriyalı 11-ci mövsümdür oynadığı Premyer Liqada “Turan”, “Qarabağ”, AZAL və “Zirə”nin şərəfini qoruyub. 250 matçda 47 qol vuran afrikalı buna nail olan 51-ci oyunçu kimi tarixə düşüb. İqbekoyi Azərbaycan çempionatında ən çox oyun keçirən 3 legionerdən biridir. “Zirə”nin futbolçusunadək yalnız milliləşənlər – ukraynalı Aleksandr Çertoqanovla rusiyalı Arif Daşdəmirov 250-ni arxada qoymuşdu.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2006/07
|
Turan (Tovuz)
|
22
|
9
|
2007/08
|
Qarabağ (Ağdam)
|
22
|
5
|
2008/09
|
Qarabağ (Ağdam)
|
3
|
1
|
2008/09
|
Turan (Tovuz)
|
11
|
7
|
2009/10
|
AZAL (Bakı)
|
20
|
3
|
2010/11
|
AZAL (Bakı)
|
29
|
3
|
2011/12
|
AZAL (Bakı)
|
24
|
1
|
2012/13
|
AZAL (Bakı)
|
29
|
8
|
2013/14
|
AZAL (Bakı)
|
31
|
6
|
2014/15
|
AZAL (Bakı)
|
22
|
2
|
2015/16
|
Zirə (Bakı)
|
34
|
2
|
2016/17
|
Zirə (Bakı)
|
3
|
0
|
Cəmi
|
|
250
|
47
|
|