Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. “Qarabağ” Topaz Premyer Liqasının IV turunda keçirilməli olan AZAL – “Qarabağ” görüşünün vaxtının və yerinin dəyişdirilməsini istəyib. AZAL klubunun da razılıq məktubunu alan PFL aşağıdakı qərarları qəbul edib: - Topaz Premyer Liqasının IV turunun AZAL – “Qarabağ” oyunu “Qarabağ” – AZAL oyunu kimi qeydə alınsın və matç 10.09.2016-cı il tarixdə deyil, 09.09.2016-cı il tarixdə “Əlincə Arena”da keçirilsin. - Klublar arasında baş tutacaq X turun oyunu AZAL – “Qarabağ” matçı kimi göstərilsin. Bundan əlavə, 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandası 7 oktyabr tarixdə Helsinki şəhərində Finlandiya U-21 yığması ilə rəsmi oyun keçirəcək. Bununla əlaqədar olaraq, millimiz 2 oktyabr tarixindən etibarən Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Millimizin heyətində “İnter” və “Zirə” klubunun futbolçuları da yer alacaq. Bütün bunları nəzərə alaraq, Topaz Premyer Liqasının VII turunun “İnter” – “Zirə” matçı 02.10.2016-cı il tarixdən 30.09.2016-cı il tarixinə keçirilib.
|