![](uploads/5841971807pfl.jpg) Ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub pley-off mərhələsinin “Maribor”la cavab oyununa daha yaxşı hazırlaşmaq məqsədi ilə Topaz Premyer Liqasının III turunda keçirilməli olan “Sumqayıt”la matçın təxirə salınmasını istəyib. “Qəbələ”nin Avropa Liqasında uğurlu çıxışı və ölkəmizi qrup mərhələsində təmsil etmək perspektivini nəzərə alan PFL “Sumqayıt” klubunun razılığına əsasən aşağıdakı qərarı qəbul edib. Topaz Premyer Liqasının III turunun “Qəbələ” – “Sumqayıt” matçı 21.08.2016-cı il tarixdən başqa tarixə keçirilsin.
|