![](uploads/28434inter.jpg) Samir Zərgərov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Yarımmüdafiəçinin yubiley matçı Topaz Premyer Liqasının II turunda baş tutub. Bu yay “Qəbələ”dən “İnter”ə keçən futbolçu 81-ci dəqiqədə meydana çıxmaqla, yubileyini sabiq komandası ilə qarşılaşmada qeyd edib. Yüksək liqada 2004/05 mövsümündə “Ədliyyə”nin heyətində debüt edən Samir 12-ci mövsümündə 250-yə çatıb. O, ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 49-cu futbolçu kimi tarixə düşüb. Zərgərov bu görüşlərdə 32 qol sevinci yaşayıb.
Yarımmüdafiəçi 250 oyunu 6 klubda keçirib. “Qəbələ”də 95, “Ədliyyə”də 30, “Simurq”da 28, “Kəpəz”də 25, “Standard”da 23 matça çıxan Zərgərov “İnter”də 49 qarşılaşmanın iştirakçısı olub. Bu da o deməkdir ki, növbəti tur da onun üçün yubileylə əlamətdar olacaq. O, paytaxt klubunda 50-ci çempionat görüşünə çıxacaq. Samir bu dəfə də sabiq komandalarından biri – “Kəpəz”lə görüşəcək.
2004/05
|
Ədliyyə (Bakı)
|
30
|
3
|
2006/07
|
Gilan (Qəbələ)
|
21
|
1
|
2007/08
|
Qəbələ
|
24
|
3
|
2008/09
|
Qəbələ
|
24
|
3
|
2009/10
|
Standard (Sumqayıt)
|
23
|
3
|
2010/11
|
Gəncə
|
25
|
4
|
2011/12
|
İnter (Bakı)
|
24
|
2
|
2012/13
|
İnter (Bakı)
|
19
|
4
|
2013/14
|
İnter (Bakı)
|
4
|
1
|
2014/15
|
Simurq (Zaqatala)
|
28
|
5
|
2015/16
|
Qəbələ
|
26
|
3
|
2016/17
|
İnter (Bakı)
|
2
|
0
|
Cəmi
|
|
250
|
32
|
|