![](uploads/6452171807pfl.jpg) “Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunda renovasiya işlərinin aparıldığını əsas gətirərərk, “Zirə” ilə II turda keçiriləcək oyunun yerinin dəyişdirilməsini xahiş edib. Bunları nəzərə alan PFL aşağıdakı qərarı qəbul edib. - Topaz Premyer Liqasının II turunun “Neftçi” – “Zirə” matçı 14 avqust saat 20:00 tarixdə “Əlincə Arena”da keçiriləcək.
|