![](uploads/52408uefaa.jpg) Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı. Püşkatma zamanı bu mərhələdə mübarizə aparacaq Azərbaycan klubları – “Qəbələ” və “Qarabağ” da rəqibləri ilə tanış oldular. Fransanın “Lill” klubunu mübarizədən kənarlaşdıran “Qəbələ” qrupa düşmək üçün “Maribor” (Sloveniya) klubunu üstələməlidir. “Qarabağ” isə qrup uğrunda mübarizədə İsveçin “Göteborq” klubu ilə üz-üzə gələcək. Qeyd edək ki, bu mərhələnin ilk oyunları 18 avqustda rellaşacaq. Cavab görüşləri isə 25 avqustda baş tutacaq.
|