UEFA Avropa liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakının "İnter" klubu səfərdə Estoniyanın "Narva Trans" komandasının qonağı olub. Oyun boyu üstünlüyü əldən verməyən Azərbaycan təmsilçisi ilk oyundaca cütlüyün talehini həll edib. Rəqib qapısına 5 cavabsız qol vuran "İnter" inamlı qələbə qazanıb.
"Narva Trans" 0-5 "İnter" Qollar: B.Tsxadadze, 12, 36, A.Məmmədov, 63, G.Adamiya, 71, N.Hacıyev, 78-pen
|