Bu gün UEFA Avropa Liqasında Azərbaycan təmsilçiləri mübarizəyə qoşulub. İlk olaraq "Xəzər Lənkəran" meydana çıxıb. Yunis Hüseynovun komandası Lənkəran şəhər stadionunda Estoniyanın "Nomme Kalyu" klubunu qəbul edib. Qarşılaşma "Xəzər Lənkəran"ın üstünlüyü şəraitində keçsə də, nəticədə bərabərlik qeydə alınıb - 2:2.
“Xəzər Lənkəran” 2–2 “Nomme Kalyu” Qollar: Branimir Subaşiç, 6, Manuel Skarlatake, 31 - Hidetoşi Vakau, 5; Puri, 70
|