![](uploads/68193gozel kubok.JPG) Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün qalibi olan “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olundu. Bu gün keçirilən təltifetmə mərasimi “Azersun Arena”da reallaşdı. AZAL-a qarşı keçirilən oyundan sonra “Qarabağ”a mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etdilər. Ardıcıl 3-cü çempionluğunu bayram edən “Qarabağ” cari mövsümdə keçirdiyi oyunlarda 84 xal toplamağa müvəffəq olub.
|